Türkiyədə yanaşı üç fabrik YANDI

Türkiyədə yanaşı üç fabrik YANDI

Hazırda oxunan: Türkiyədə yanaşı üç fabrik YANDI

264481

Türkiyənin Kocaeli vilayətinin Darıca rayonunda sənaye mətbəx avadanlığı istehsal edən fabrikdə yanğın baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Alov qısa müddətdə bitişik bəzək əşyaları istehsal edən fabrikə və boya sexinə keçib.
 

Üç yanaşı fabrikə yayılan yanğın çətinliklə söndürülüb.Bir yanğınsöndürən tüstüdən zəhərlənərək Darıca Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.


Onun vəziyyətinin yaxşı olduğu bildirilir.

Yanğının səbəblərinin müəyyən edilməsi üçün araşdırmalara başlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO