Latviya Seyminin deputatı: Azərbaycan Qafqazda siyasi təsir mərkəzinə çevrilib

Latviya Seyminin deputatı: Azərbaycan Qafqazda siyasi təsir mərkəzinə çevrilib

Hazırda oxunan: Latviya Seyminin deputatı: Azərbaycan Qafqazda siyasi təsir mərkəzinə çevrilib

264405

ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında imzalanmış sənəd Qafqaz regionunun siyasi xəritəsində yeni mərhələni inşa edir.

Bizim.Media xəbər verir ki, bunu report.az-a açıqlamasında Latviya Seyminin deputatı Roman Naudinş bildirib.
 

Deputat beynəlxalq ticarət üçün açılan Zəngəzur marşrutunun Azərbaycan, Türkiyə və Avropa arasında yük axınlarını əhəmiyyətli dərəcədə asanlaşdıracağını, Azərbaycanı tranzit mərkəzi kimi gücləndirəcəyini və regional iqtisadiyyatlar üçün yeni perspektivlər açacağını qeyd edib:


"Proqnozlaşdırılır ki, qlobal ticarət yaxın illərdə 50-100 milyard dollar, Azərbaycanın qeyri-neft ümumi daxili məhsulu isə 5 faizdən çox artacaq.

Belə bir diplomatik uğurla Azərbaycan Prezidenti İlham Əliyev ermənilər tərəfindən işğal olunmuş ərazilərin qaytarılmasından sonra öz qələbə yürüşünü davam etdirir. Onun rəhbərliyi dövründə Azərbaycan Qafqazda enerji, tranzit və siyasi təsir mərkəzinə çevrilib. İlham Əliyev özünü təkcə danışıqlarda istənilən nəticəyə nail olmaq deyil, həm də Azərbaycanın iqtisadi və təhlükəsizlik maraqlarını səmərəli şəkildə qoruyan təcrübəli siyasətçi kimi göstərib".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO