Hansı yağ xolesterini aşağı salmağa kömək edir? - Alimlər açıqladı

Hansı yağ xolesterini aşağı salmağa kömək edir? - Alimlər açıqladı

Hazırda oxunan: Hansı yağ xolesterini aşağı salmağa kömək edir? - Alimlər açıqladı

264305

Yeni araşdırmalar göstərib ki, zeytun yağı tərkibindəki ürək üçün faydalı olan təkqatlı doymamış yağlar sayəsində ürək-damar sistemi sağlamlığına kömək edə bilər. Lakin diyetoloq Mendi Enraytın sözlərinə görə, zeytun yağında ürək sağlamlığı üçün vacib rol oynaya biləcək başqa bir komponent də var: polifenollar.

Bizim.Media xəbər verir ki, bu barədə "Eatingwell" portalı yazır.

Polifenollar - güclü antioksidant xüsusiyyətlərə malik olan güclü bitki maddələridir.

Yunanıstanlı alimlər sızma (extra virgin) zeytun yağındakı polifenolları daha ətraflı öyrənmək qərarına gəliblər.
 

Araşdırmaçılar müəyyən edib ki, yüksək fenol tərkibli zeytun yağı qəbul edən qrup, yüksək dozalarda aşağı fenol tərkibli zeytun yağı qəbul edən qrupla müqayisədə qanda ümumi xolesterol səviyyəsində əhəmiyyətli yaxşılaşma göstərib. Bu araşdırmada adi (daha açıq rəngli və dadsız) deyil, sızma zeytun yağı istifadə edilib.


Nəşr qeyd edib ki, zeytun yağı Aralıq dənizi diyetasının əsas məhsullarından biridir. O, ümumi sağlamlığı dəstəkləyir və ürək-damar xəstəlikləri də daxil olmaqla, bəzi xəstəliklərin riskini azaldır. Araşdırmalar həmçinin onun demansdan ölüm riskini azalda biləcəyini göstərir. (Qaynarinfo.az)

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO