Şəkidə beşotaqlı ev yandı – FOTO

Şəkidə beşotaqlı ev yandı – FOTO

Hazırda oxunan: Şəkidə beşotaqlı ev yandı – FOTO

264283

Şəkidə beşotaqlı ev yanıb. Yanğın hadisəsi rayonun Qoxmuq kəndində baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Qoxmuq kənd sakini Habil Abdullayevə məxsus, ümumi sahəsi 120 kvadratmetr olan kürsülü birmərtəbəli beş otaqdan ibarət fərdi yaşayış evinin çardaq hissəsində 60 kvadratmetrlik sahə konstruksiyaları ilə birlikdə yanıb.
 

Yanğının söndürülməsi üçün əraziyə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub.


Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Yanğın yerinin ilkin müşahidəsi və tədqiqindən sonra hadisənin qısaqapanma nəticəsində baş verdiyi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.






Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO