İlham Əliyev Rumıniyanın keçmiş Prezidentinin vəfatı ilə əlaqədar başsağlığı verdi

İlham Əliyev Rumıniyanın keçmiş Prezidentinin vəfatı ilə əlaqədar başsağlığı verdi

Hazırda oxunan: İlham Əliyev Rumıniyanın keçmiş Prezidentinin vəfatı ilə əlaqədar başsağlığı verdi

264137

Azərbaycan Prezidenti İlham Əliyev Rumıniyanın keçmiş Prezidenti, görkəmli dövlət xadimi İon İliyeskunun vəfatı ilə əlaqədar Rumıniyanın Prezidenti Nikuşor Dana başsağlığı məktubu ünvanlayıb.

Bizim.Media xəbər verir ki, məktubda deyilir
 

"Rumıniyanın keçmiş Prezidenti, görkəmli dövlət xadimi İon İliyeskunun vəfatı xəbəri məni olduqca kədərləndirdi.


İon İliyesku Azərbaycan Respublikası ilə Rumıniya arasında əlaqələrin təşəkkülünə və inkişafına, dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmlənməsinə böyük töhfə vermişdir.
 

O, dəfələrlə Azərbaycana səfər etmişdir. Onunla görüşlərimi həmişə ən xoş təəssüratlarla xatırlayıram.


Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və bütün Rumıniya xalqına dərin hüznlə başsağlığı verirəm".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO