Sürücülərin DİQQƏTİNƏ – Bakı-Qazax yolunda təmir gedir – FOTO

Sürücülərin DİQQƏTİNƏ – Bakı-Qazax yolunda təmir gedir – FOTO

Hazırda oxunan: Sürücülərin DİQQƏTİNƏ – Bakı-Qazax yolunda təmir gedir – FOTO

264114

“Böyük İpək yolu”nun tərkib hissəsi olan M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunda təmir işləri aparılır.

Bizim.Media xəbər verir ki, əsaslı təmir işləri M2 magistralının 15-117 km-lik hissəsini əhatə edir.

Məlumata görə, hazırda təmir işləri yolun 97.7-ci km-dən 104.5-ci km-dək olan hissəsi üzrə icra olunur.
 

Bu çərçivədə zəruri yerlərdə qazma və dolğu işləri aparılmaqla yeni torpaq yatağının inşası, deformasiyaya uğramış köhnə asfalt-beton örtüyünün üst qatının frezlənərək kənara daşınması işləri yerinə yetirilir. 


Texnoloji ardıcıllığa uyğun olaraq, daha sonra aşınma qatı olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi və hərəkətin normal təşkili üçün üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq.














Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO