Rusiyanın hücumu DAYANDIRILDI – Sumidə nə baş verir?

Rusiyanın hücumu DAYANDIRILDI – Sumidə nə baş verir?

Hazırda oxunan: Rusiyanın hücumu DAYANDIRILDI – Sumidə nə baş verir?

264052

Ukrayna ordusu Sumi vilayətində Rusiya qüvvələrinin yay hücumunu dayandırmağa nail olub və bir neçə yaşayış məntəqəsini geri alıb. 

Bizim.Media xəbər verir ki, “The Wall Street Journal” nəşri bu vəziyyəti Moskvanın cəbhədə həlledici əməliyyatlar aparmaqda acizliyinin göstəricisi kimi qiymətləndirir.
 

Nəşrin məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla görüşə böyük hərbi qələbə olmadan gələcək ki, bu da onun mövqeyini zəiflədə bilər.


İyulun ortalarından etibarən Rusiya bu istiqamətdə hücumlarını demək olar ki, dayandırıb. 

Ukraynalı zabitlərin və analitiklərin sözlərinə görə, son həftələr ərzində Kiyev 4-6 kvadrat mil ərazini və iki kəndi azad edib.

“Sözügedən bölgədəki Rusiya qüvvələri tükənmiş vəziyyətdədir”, — deyə burada bir ildir döyüşən 225-ci müstəqil hücum alayının komandiri, mayor Oleq Şiryayev bildirib.

Bununla yanaşı, ukraynalı hərbçilər xəbərdarlıq edirlər ki, Rusiyanın bölgədə hələ də 50 min nəfərdən çox ehtiyat qüvvəsi mövcuddur. “Sadəcə onların sayı bizdən çoxdur və hücumlarını davam etdirəcəklər”, — deyə 43-cü briqadanın artilleriya batareyasının komandiri, “Rıss” ləqəbli hərbçi vurğulayıb.

Ukrayna hərbçilərinin hesablamalarına görə, bölgədə hər beş rusiyalı hərbçiyə bir ukraynalı döyüşçü düşür. Bəzi hallarda bu nisbət birə dördə qədər dəyişir. Rusiya ordusunun Sumi vilayətindəki taktikası ümumilikdə cəbhədəki döyüşlərin ümumi mənzərəsinə uyğundur: əvvəlcə idarə olunan aviazərbələr, dronlar və artilleriya atəşi ilə geniş bombardmanlar həyata keçirilir, daha sonra kiçik piyada qruplarının hücumlarına keçilir. Tanklardan isə demək olar ki, istifadə edilmir. 
 

“Ən ciddi dağıdıcı güc aviazərbələr və ucuz idarəetmə sistemləri ilə təchiz olunmuş qəlpəli-fuqas mərmiləri ilə vurulur”, — deyə mayor Şiryayev əlavə edib.


Onun sözlərinə görə, Kiyev rusların irəliləyişini onların logistik sistemlərinə zərbələr vurmaqla dayandırmağa müvəffəq olub. Ukrayna dronları və artilleriyası ilə sursat və canlı qüvvə daşıyan nəqliyyat vasitələri məhv edilib, bəzi hallarda isə ön cəbhə mövqelərinə gedən yollar dağıdılıb. Ukrayna Hərbi Kəşfiyyat Baş İdarəsi də rus arxa cəbhəsində uğurlu reydlərin keçirildiyini açıqlayıb.

Bütün bu tədbirlər nəticəsində Rusiya qüvvələrinin irəliləyiş tempi xeyli zəifləyib. 

Analitiklər Sumi istiqamətindəki hücumu Moskvanın böyükmiqyaslı əməliyyatlar aparmaq iqtidarında olmadığının sübutu kimi dəyərləndirirlər. Onların fikrincə, Rusiya piyada, artilleriya, zirehli texnika, logistika, aviasiya və donanmanı cəlb etməklə kompleks hücumlar təşkil etməkdə çətinlik çəkir və yalnız lokal irəliləyişlərlə kifayətlənməli olur.

“Onların taktikası — bizi tükəndirmək üçün ardıcıl şəkildə canlı qüvvə göndərməkdir, ciddi zərbə endirmək yox”, — deyə Şiryayev bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO