Qələbə münasibətilə futbolçularımı təbrik edirəm. Yaxşı nəticə oldu.
Bizim.Media xəbər verir ki, bu sözləri Kiprin "Omoniya" komandasının baş məşqçisi Henninq Berq UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Araz-Naxçıvan"a 4:0 hesabı ilə qalib gəldikləri ilk görüşdən sonra təşkil olunan mətbuat konfransında deyib.
O, komandasının tapşırıqları düzgün yerinə yetirdiyini bildirib:
"Oyunçularımdan razı qaldım. Amma biz hər şeyi doğma meydanda həll etmək istəyirik. Heç nə bitməyib".
Baş məşqçi vaxtilə "Qarabağ"a qarşı keçirdikləri oyunu xatırlayıb:
"Bizi evdə məğlub etmişdilər. İndi "Araz-Naxçıvan"a oynayan Patrik Andrade həmin həyətdə var idi. "Qarabağ" yaxşı təcrübəyə sahibdir. Amma unutmaq olmaz ki, Naxçıvan klubu bundan əvvəlki mərhələdə "Aris"ə qarşı iki yaxşı oyun keçirmişdi".
Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 14-də Kiprdə təşkil olunacaq.
Bizim.Media

- A-
- A
- A+
İdman
04:40 / 08.08.2025
"Omoniya"nın baş məşqçisi: Hələ heç nə bitməyib
Hazırda oxunan: "Omoniya"nın baş məşqçisi: Hələ heç nə bitməyib
Hazırda oxunan: "Omoniya"nın baş məşqçisi: Hələ heç nə bitməyib
263990
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.