Xaçmazda ilk şaftalı festivalı – 18 növ məhsul TƏQDİM olunub - FOTO / VİDEO

Xaçmazda ilk şaftalı festivalı – 18 növ məhsul TƏQDİM olunub - FOTO / VİDEO

Hazırda oxunan: Xaçmazda ilk şaftalı festivalı – 18 növ məhsul TƏQDİM olunub - FOTO / VİDEO

263919

İnsan sağlamlığı üçün xeyirli meyvələrdən olan şaftalının əsl vətəni Xaçmazda möhtəşəm şaftalı festivalı keçirilib.

Ölkə üçün ilk olan bu meyvə bayramı Xaçmazın Xudat şəhərindəki "Food City Agrocomplex" ində baş tutub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, tədbir Xaçmaz rayon icra hakimiyyəti , Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və "Food City"Agrocomlex"in birgə təşkilatçılığı ilə keçirilib.
 

Aqrar biznes və şaftalı festivalının keçirilməsində əsas məqsəd regionun kənd təsərrüfatı potensialını ictimaiyyətə geniş çatdırmaq, yerli sahibkar və fermerləri tanıtmaq və dəstəkləməkdir.


Xaçmaz icra başçısı Elnur Rzayev və digər rəsmi iştirakçılar festival çərçivəsində təşkil olunmuş aqrosərgiyə baxış keçirib, şaftalı meyvəsinin müxtəlif sortları ilə tanış olublar.

Məlumat verilib ki, festivala Xaçmaz rayonunda yetişən 18 növdən çox şaftalı sortu çıxarılıb.
 

Meyvəçi və sahibkarlar il boyu əziyyər çəkib yetişdirdikləri şaftalını iştirakçılara həvəslə təqdim ediblər. Şaftalı festivalında diqqətçəkən məqam "Palıdlı MMC-nin iştirakçılara meyvəsi ilə yanaşı, şaftalı şirəsini təklif etməsi oldu.


Festivala gələnlər isti havada sərin şaftalı şirəsini həvəslə qəbul ediblər.

Festival günün sonunadək davam edəcək.


















Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO