Öz saçlarını udan 9 yaşlı qızın mədəsindən tük kütləsi ÇIXARILDI - FOTO

Öz saçlarını udan 9 yaşlı qızın mədəsindən tük kütləsi ÇIXARILDI - FOTO

Hazırda oxunan: Öz saçlarını udan 9 yaşlı qızın mədəsindən tük kütləsi ÇIXARILDI - FOTO

263841

Öz saçlarını udan 9 yaşlı qızın mədəsindən saç kütləsi çıxarılıb.

Bu barədə Bizim.Media-ya Kliniki Tibbi Mərkəzdən bildirilib.
 

30.07.2025-ci il tarixində 05.08.2016-ci il təvəllüdlü Qax rayon sakini (qadın cinsli) ürəkbulanma, iştahsızlıq və qarın ağrısı şikayətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.


Aparılan radioloji müayinələrdən sonra ona tirixofagiya diaqnozu (mədəsində saç kütləsi bezoar) qoyulub və Uşaq Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Şöbənin müdiri İlqar Haqverdiyev və həkim Binnət Sofiyevin iştirakı ilə qastrotomiya əməliyyatı icra edilib.
 

9 yaşlı azyaşlının mədəsində aparılan cərrahi əməliyyat uğurla bitib və saç kütləsi xaric edilib.
Hazırda onun müalicəsi Uşaq Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.


Qeyd edək ki, tirixofagiya adlandırılan xəstəlik əslində psixoloji problemdir.

Uşaqlar öz saçlarını və ya yerə düşən tükləri götürüb yeyirlər. Bu zaman mədədə tük topası yığılır, tükdən ibarət böyük kütlə əmələ gəlir. Kütlə mədəni tam tutduqda artıq qidalana bilməmək, qusma və mədə nahiyəsində şişkinlik kimi əlamətlər ortaya çıxır.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO