Qaxda istirahətdən qayıdan bağça işçiləri QƏZAYA DÜŞDÜ – Yaralananlar var

Qaxda istirahətdən qayıdan bağça işçiləri QƏZAYA DÜŞDÜ – Yaralananlar var

Hazırda oxunan: Qaxda istirahətdən qayıdan bağça işçiləri QƏZAYA DÜŞDÜ – Yaralananlar var

263837

Qaxda istirahətdən qayıdan uşaq bağçasının işçiləri yol qəzasına düşüb.

Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Qax-İlisu avtomobil yolunun Qaxbaş kəndi ərazisindən keçən hissəsində baş verib.

Rayonun İlisu kəndindən Qax şəhəri istiqamətində hərəkətdə olan sərnişin daşıyan mikroavtobus idarəetmədən çıxaraq yolun kənarındakı işiq dirəyinə çırpılıb.
 

Qəza zamanı mikroavtobusda olan rayonun Qum kənd sakinləri 65 yaşlı Xanpəri Osman qızı Nurməmmədova, 64 yaşlı Məryət Omar qızı İsaqova, 64 yaşlı Qalya Şakir qızı Sultanova və daha hələki şəxsiyyətləri məlum olmayan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.


Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə yerləşdiriliblər. Qəzada xəsarət alan şəxslərin hamısı Qax rayonu Qum kənd körpələr evi və uşaq bağçasının işçiləridir.

Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO