Trampdan XƏBƏRDARLIQ – “İranı yenidən vura bilərik” – VİDEO

Trampdan XƏBƏRDARLIQ – “İranı yenidən vura bilərik” – VİDEO

Hazırda oxunan: Trampdan XƏBƏRDARLIQ – “İranı yenidən vura bilərik” – VİDEO

263834

“Əgər Tehran nüvə potensialını bərpa etməyə çalışarsa, ABŞ İranı yenidən vura bilər”.

Bizim.Media xəbər verir ki, bu fikirləri ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.

“Biz İranın nüvə silahı əldə etməsinin qarşısını almaqla Yaxın Şərqdə müharibələri dayandırdıq.
 

Əgər İran “yenidən başlasa”, bu, “çox təhlükəli addım” olacaq. Onlar işə başladıqdan sonra biz geri qayıdacağıq. Məncə, onlar bunu başa düşürlər", - prezident əlavə edib.


Qeyd edək ki, İyunun 12-dən 13-nə keçən gecə İsrail İrana qarşı hərbi əməliyyata başlayıb.

ABŞ İranın nüvə obyektlərinə zərbələr endirməklə münaqişəyə daxil olub.

İyunun 23-ü axşam saatlarında İran Qətərdəki Amerikanın Əl-Udeyd aviabazasına hücum edib.

Bundan sonra Donald Tramp İsrail və İran arasında iyunun 24-də qüvvəyə minən atəşkəs elan edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO