İsrail ordusu Qəzzada BMT-yə məxsus klinikanı yerlə-yeksan etdi - VİDEO

İsrail ordusu Qəzzada BMT-yə məxsus klinikanı yerlə-yeksan etdi - VİDEO

Hazırda oxunan: İsrail ordusu Qəzzada BMT-yə məxsus klinikanı yerlə-yeksan etdi - VİDEO

263811

İsrail-Fələstin münaqişəsi fonunda bölgədə gərginlik yenidən artır.

Bizim.Media xəbər verir ki, İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağının qərbində yerləşən Şeyx Radvan bölgəsində Birləşmiş Millətlər Təşkilatına (BMT) bağlı UNRWA humanitar agentliyinin klinikasını bombalayıb.

Yerə-yeksan edilən tibb müəssisəsi Qəzzada mülki əhaliyə xidmət göstərən əsas səhiyyə ocaqlarından biri olub.
 

Hazırda hücum nəticəsində mümkün insan tələfatı və dağıntılarla bağlı ətraflı məlumat yoxdur. Hadisə ilə bağlı beynəlxalq təşkilatların və BMT-nin reaksiyası gözlənilir.


Qeyd edək ki, UNRWA təşkilatı Fələstinli qaçqınlara təcili yardım və sosial xidmətlər göstərən əsas beynəlxalq qurumdur.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO