Lənkəranda ikimərtəbəli ev əşyaları ilə birgə yandı

Lənkəranda ikimərtəbəli ev əşyaları ilə birgə yandı

Hazırda oxunan: Lənkəranda ikimərtəbəli ev əşyaları ilə birgə yandı

263800

Lənkəran rayonunun Boladi kəndində baş verən yanğın nəticəsində ikimərtəbəli yaşayış evi içindəki əşyalarla birlikdə tamamilə yanıb.

Bizim.Media xəbər verir ki, hadisə barədə məlumat daxil olduqdan dərhal sonra əraziyə Fövqəladə Hallar Nazirliyinin Lənkəran Yanğından Mühafizə Hissəsinin əməkdaşları və texnikası cəlb olunub. Alovun ətrafdakı tikililərə yayılmasının qarşısı alınıb.

Məlumata görə, yanan ev kənd sakini, 1966-cı il təvəllüdlü Vasif Məlikova məxsus olub.

Yanğının səbəbi hələlik müəyyən edilməyib, araşdırma aparılır.

Hadisənin təhlükəsizlik riski yaratması səbəbindən Boladi və Zövlə kəndlərində müvəqqəti olaraq elektrik enerjisi kəsilib.

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO