Hindistandan Trampın qərarına cavab gəldi: “Bizi tənqid edənlərin özləri Rusiya ilə...”

Hindistandan Trampın qərarına cavab gəldi: “Bizi tənqid edənlərin özləri Rusiya ilə...”

Hazırda oxunan: Hindistandan Trampın qərarına cavab gəldi: “Bizi tənqid edənlərin özləri Rusiya ilə...”

263791

Hindistan ABŞ Prezidenti Donald Trampın Rusiyadan neft almaqla bağlı ittihamlarına cavab verib.

Bizim.Media xəbər verir ki, Hindistan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, Hindistanı tənqid edən ölkələrin özləri Rusiya ilə ticarəti davam etdirirlər.
 

MÖVZU İLƏ BAĞLI

Trampdan Hindistana YENİ ZƏRBƏ



Hindistan Rusiya neftinin alınmasına Ukraynada münaqişə başlayandan sonra ənənəvi təchizatçıların öz neftini Avropaya yönləndirməsi ilə izah edib.
 

“Ukraynadakı münaqişədən sonra ABŞ Rusiyadan neft idxal etdiyinə görə Hindistanı tənqid etməyə başladı. Halbuki, Hindistan bu addımı müharibə başlayandan sonra ənənəvi tədarük marşrutlarının Avropaya yönəldilməsi səbəbilə atmışdı.


O zaman ABŞ qlobal enerji bazarlarının sabitliyini gücləndirmək üçün Hindistanın bu cür alışlarını fəal şəkildə təşviq etdi”, - Hindistan XİN bildirib.

Sonda əlavə edilib ki, Hindistanın tənqid olunması əsassız və ədalətsizdir.
 

“Hindistan da öz milli maraqlarını və iqtisadi təhlükəsizliyini qorumaq üçün bütün lazımi tədbirləri görəcək”, - deyə XİN bəyanatını yekunlaşdırıb.


Qeyd edək ki, ABŞ Hindistana Rusiyadan neft aldığı üçün idxal rüsumunu 25 faizə qaldırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO