Fransada son 20 ilin ən böyük meşə yanğını

Fransada son 20 ilin ən böyük meşə yanğını

Hazırda oxunan: Fransada son 20 ilin ən böyük meşə yanğını

263762

Fransanın cənubunda yerləşən Od departamentində baş verən meşə yanğını son iyirmi ildə ölkədə qeydə alınan ən genişmiqyaslı yanğın olub. Yanğın 14 min hektardan çox ərazini əhatə edib.

Bizim.Media xəbər verir ki, bu barədə Le Parisien nəşri Dövlət Meşə Yanğınları Reyestrinə istinadla məlumat yayıb.
 

Bundan əvvəl Fransada qeydə alınan ən böyük meşə yanğını 2022-ci ildə Jirond departamentində baş vermişdi. Həmin yanğında 12,6 min hektar ərazi kül olmuşdu.


Kənd Təsərrüfatı Nazirliyi 2006-cı ildən etibarən ölkə ərazisində baş verən bütün meşə yanğınlarını sistemli şəkildə qeydiyyata alır. Əvvəllər isə yalnız Aralıq dənizi sahilinə yaxın bölgələrdəki yanğınlar statistikaya daxil edilirdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO