Paşinyan ABŞ-a onu da aparır

Paşinyan ABŞ-a onu da aparır

Hazırda oxunan: Paşinyan ABŞ-a onu da aparır

263751

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Vaşinqtona səfər edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan məlumat verib.
 

Onun sözlərinə görə, Mirzoyan Ermənistanın Baş naziri Nikol Paşinyanın 7–8 avqust tarixlərində ABŞ-a edəcəyi səfərdə rəsmi nümayəndə heyətinin tərkibində olacaq.


Vaşinqton səfəri çərçivəsində Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampla ikitərəfli görüş keçirəcək.

Görüşün gündəliyində Ermənistan və ABŞ arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi məsələsi yer alır.

Həmçinin ABŞ və Azərbaycan prezidentləri ilə Ermənistanın baş nazirinin iştirakı ilə üçtərəfli görüşün keçirilməsi də gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO