Qaxda "Vito" AŞDI: Bir ailənin iki üzvü xəsarət aldı - FOTO

Qaxda "Vito" AŞDI: Bir ailənin iki üzvü xəsarət aldı - FOTO

Hazırda oxunan: Qaxda "Vito" AŞDI: Bir ailənin iki üzvü xəsarət aldı - FOTO

263711

Qaxda "Vito" aşıb, bir ailənin iki üzvü xəsarət alıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Şəki-Qax avtomobil yolunun Qaxın Əmbərçay kəndi ərazisindən keçən hissəsində baş verib.
 

Bakı şəhər sakini 29 yaşlı Elşən Abdullayev idarə etdiyi avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq əvvəlcə ağaca dəyib, daha sonra isə aşıb.


Qəza zamanı sürücü və onun atası 70 yaşlı Eldar Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qax Rayon Mərkəzi Xətəxanasına yerləşdiriliblər.

Məlumata görə, avtomobildə sürücünün anası da olub. Lakin qadın xəsarət almayıb. Onlar Bakıdan Qax rayonuna istirahətə gedirlərmiş.

Faktla bağlı araşdırma aparılır. 




Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO