Sentyabrda Ay rəngini DƏYİŞƏCƏK

Sentyabrda Ay rəngini DƏYİŞƏCƏK

Hazırda oxunan: Sentyabrda Ay rəngini DƏYİŞƏCƏK

263703

Ay sentyabrın əvvəlində tutulma zamanı rəngini qırmızı rəngə dəyişəcək.

Bizim.Media xəbər verir ki, bu barədə TASS-a astronom və Moskva Planetariumunun metodiki təminat şöbəsinin rəhbəri Lyudmila Koşman məlumat verib.
 

Sentyabrın 7-də Ay təxminən 1,5 saat ərzində Yerin kölgəsində tamamilə gizlənəcək. Maksimum faza 1,368 olacaq və Bakı vaxtı ilə saat 22:12-də müşahidə olunacaq. Tutulmanın bütün mərhələləri Rusiya, Avropa, Asiya, Afrika, Antarktida, Avstraliya və Okeaniyada da görünəcək.


"Sentyabrda tam Ay tutulması baş verəcək və Ay Yerin kölgəsində rəngini dəyişəcək. Ayın rəngi qırmızımtıl olacaq", - astronom bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO