Qaçaqmalçlıq yolu ilə ölkəyə gətirilən 30 kiloqram narkotik aşkarlandı – FOTO

Qaçaqmalçlıq yolu ilə ölkəyə gətirilən 30 kiloqram narkotik aşkarlandı – FOTO

Hazırda oxunan: Qaçaqmalçlıq yolu ilə ölkəyə gətirilən 30 kiloqram narkotik aşkarlandı – FOTO

263693

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Cəlilabad rayonunda keçirilən əməliyyat zamanı 50 yaşlı Cəlilabad rayon sakini Elşən Şəmmədov tutulub.

Bu barədə Bizim.Media-ya DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ondan 30 kq tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.
 

Elşən Şəmmədov cinayət məsuliyyətindən yayınmaq üçün müxtəlif vasitələrdən istifadə etməsinə baxmayaraq onun ayrı-ayrı vaxtlarda İran vətəndaşları ilə olan əlbirliyi və ölkə ərazisində narkotik vasitələrin dövriyyəsini təşkil edən əsas şəxslərdən biri olması müəyyən edilib.


Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO