Zidan Fransa millisinin baş məşqçisi OLACAQ

Zidan Fransa millisinin baş məşqçisi OLACAQ

Hazırda oxunan: Zidan Fransa millisinin baş məşqçisi OLACAQ

263655

Fransa milli komandasının növbəti baş məşqçisi Zinəddin Zidan olacaq. 

Bizim.Media xəbər verir ki, bu barədə Fransa mətbuatında məlumat yer alıb.

53 yaşlı mütəxəssis DÇ-2026-dan sonra vəzifəsini tərk edəcəyini açıqlayan Didye Deşamı əvəzləyəcək. Zidanın artıq Fransa Futbol Federasiyası ilə danışıqları yekunlaşıb.
 

Qeyd edək ki, Deşam 2012-ci ildən Fransa millisini çalışdırır. Onun rəhbərliyi ilə "üçrənglilər" DÇ-2018 və UEFA Millətlər Liqasında 2020/21 mövsümünün qalibi olublar. Komanda AVRO-2016 və DÇ-2022-nin finalında uduzub.


Zidan məşqçilik karyerası ərzində - 2016-2018-cı və 2019-2021-ci illərdə "Real"də işləyib. Madrid klubu onun rəhbərliyi ilə iki dəfə İspaniya çempionu olub və ardıcıl üç dəfə Çempionlar Liqası kubokunu qazanıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO