Axtarışa verilən Hüseyn Dubaydan FOTO paylaşdı

Axtarışa verilən Hüseyn Dubaydan FOTO paylaşdı

Hazırda oxunan: Axtarışa verilən Hüseyn Dubaydan FOTO paylaşdı

263653

Xəbər verdiyimiz kimi, Rusiyada yaşayan azərbaycanlı bloger Hüseyn Həsənov axtarışa verilib.

Bizim.Media xəbər verir ki, bloger çirkli pulların yuyulmasına görə axtarışa verilib.

Rusiya məhkəməsinin Hüseyni axtarışa verməsindən sonra bloger Bakıya köçüb və uzun müddətdir burada qalır.

Bu günlərdə isə onun Türkiyə və Birləşmiş Ərəb Əmirliyinə səyahət etməsi diqqət çəkib. Həsənov Dubaydan görüntülər paylaşıb. Onun axtarışının aradan qaldırılıb-qaldırılmaması sual doğurub.

Qeyd edək ki, bloger 2019-2021-ci illəri əhatə edən dövrdə vergi ödəməməkdə, eləcə də cinayət yolu ilə əldə olunan külli-miqdarda vəsaitin leqallaşdırılmasında təqsirləndirilir.
 

Moskva məhkəməsi 170 milyon rublu vergidən yayındırmaqda təqsirləndirilən azərbaycanlı bloqer Hüseyn Həsənovun barəsində çıxarılan qiyabi həbs qərarını qanuni hesab edib. Hüseynin apellyasiya şikayəti təmin olunmayıb.


Bildirilir ki, əgər onun təqsiri sübut olunarsa, blogeri 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. (Axşam.az)




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO