13 yaşlı uşaq atasını GÜLLƏLƏDİ

13 yaşlı uşaq atasını GÜLLƏLƏDİ

Hazırda oxunan: 13 yaşlı uşaq atasını GÜLLƏLƏDİ

263558

Mersində 13 yaşlı uşaq mübahisə zamanı atasını başından vurub. Ağır yaralanan ata xəstəxanaya çatdırılıb, oğlan isə həbs edilib. Oğlan ifadəsində atasının onu dəfələrlə təhqir etdiyini iddia edib.

Bizim.Media xarici mediaya istinadən xəbər verir ki, iddialara görə, 13 yaşlı M.B.O. ilə atası arasında mübahisə düşüb və mübahisə böyüyəndə uşaq yataq otağından silah götürərək atasını güllələyib.
 

Silah səsləri eşidənlərin məlumatından sonra hadisə yerinə polis və tibb işçiləri gəlib. Başından ağır yaralanan ata təcili yardımla Mersin Şəhər Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.


Polis tərəfindən saxlanılan M.B.Ö. yeniyetmələrlə iş şöbəsinə aparılıb. Onun ifadəsi orada alınıb və o, atasının onu dəfələrlə təhqir etdiyini və döydüyünü iddia edib. Polis bölməsində aparılan əməliyyat-axtarış tədbirlərinin ardından M.B.Ö. məhkəməyə aparılaraq həbs edilib. (Lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO