İstanbulda Ayasofyanı yandırmağa cəhd etdilər – ANBAAN VİDEO

İstanbulda Ayasofyanı yandırmağa cəhd etdilər – ANBAAN VİDEO

Hazırda oxunan: İstanbulda Ayasofyanı yandırmağa cəhd etdilər – ANBAAN VİDEO

263501

İstanbulda yerləşən məşhur Ayasofya Məscidi yanğın təhlükəsi ilə üzləşib.

Bizim.Media GDH nəşrinə istinadən xəbər verir ki, axşam namazından sonra məscidə daxil olan xarici vətəndaş Ayasofyanı yandırmağa cəhd edib.

Hadisə yerində baş verən alovlanma qısa müddət ərzində söndürülüb.
 

İlkin məlumata əsasən, sözügedən şəxs hadisə yerindən qaçmağa nail olub. Hazırda hüquq-mühafizə orqanları tərəfindən şəxsin tapılması və saxlanılması istiqamətində axtarışlar davam etdirilir.


Hadisənin motivləri və təfərrüatları ilə bağlı rəsmi açıqlama verilməyib.
 

Qeyd edək ki, Ayasofya, İstanbulun ən məşhur tarixi abidələrindən biridir. İlk olaraq 537-ci ildə Bizans imperatoru I Yustinianus tərəfindən kilsə olaraq inşa edilib, 1453-cü ildə İstanbulun fəthindən sonra məscidə çevrilmişdir.


1935-ci ildən muzey kimi fəaliyyət göstərən Ayasofya, 2020-ci ildə yenidən ibadətə açılaraq məscid statusunu alıb. UNESCO-nun Dünya İrsi Siyahısında yer alan bu tarixi abidə, hər il milyonlarla turistin ziyarət etdiyi önəmli bir mədəni irs nümunəsidir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO