Cennifer Lopesi İstanbulda mağazaya buraxmadılar – FOTO

Cennifer Lopesi İstanbulda mağazaya buraxmadılar – FOTO

Hazırda oxunan: Cennifer Lopesi İstanbulda mağazaya buraxmadılar – FOTO

263415

Konsert proqramı ilə çıxış etmək üçün İstanbula gedən məşhur ifaçı Cennifer Lopes şəhərdə mağazaların birinin içərisinə buraxılmayıb.

Bizim.Media xəbər verir ki, bu barədə "Türkiye" qəzeti məlumat yayıb.

O, cangüdənlərinin müşayiəti ilə çıxdığı alış-verişdə "Chanel" mağazasına daxil olmaq istəyib. Lakin müğənni gözlənilməz vəziyyətlə qarşılaşıb.

Mağazanın təhlükəsizlik işçisi onun Cennifer Lopes olduğunu bilməyərək, "yer yoxdur" deyərək içəri buraxmayıb.

İfaçı mübahisə etmədən "problem deyil" deyərək oradan uzaqlaşıb. Sonradan onun Cennifer Lopes olduğunu öyrənən təhlükəsizlik işçisi üzr istəyib. Amma pop ulduz onun mağazaya dəvət təklifini qəbul etməyib. (oxu.az)




Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO