Səs yazısı yayılan məktəb direktoru işdən ÇIXARILDI

Səs yazısı yayılan məktəb direktoru işdən ÇIXARILDI

Hazırda oxunan: Səs yazısı yayılan məktəb direktoru işdən ÇIXARILDI

263385

Ötən günlərdə kütləvi informasiya vasitələrində Ucar rayonu Yuxarı Şilyan kənd körpələr evi-uşaq bağçasında baş verən neqativ halla bağlı səs yazısı yayılıb.

Bizim.Media xəbər verir ki, Mərkəzi Aran Regional Təhsil İdarəsindən verilən məlumata görə, məsələ ilə bağlı araşdırma aparılıb və fəaliyyətində yol verdiyi nöqsanlara görə sözügedən bağçanın müdiri səlahiyyətlərini müvəqqəti icra edən, həmçinin Ucar rayonu Yuxarı Şilyan kənd tam orta ümumtəhsil məktəbinin direktoru Emin Orucov tutduğu vəzifədən azad edilib.

"Əlavə olaraq bildiririk ki, təhsil müəssisələrində sağlam pedaqoji mühitin formalaşdırılması, etik davranış qaydalarına əməl olunması və fəaliyyətin mövcud qanunvericilik çərçivəsində təşkili, bununla yanaşı vətəndaşların təhsil müəssisəsinə etimadının, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması əsas prioritetlərdəndir", - deyə qurumdan bildirilib. (Report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO