Avqustun 3-də Quba rayonunun müxtəlif ərazilərində biçilmiş taxıl sahələrinin qəsdən yandırılması ilə bağlı polis əməkdaşları tərəfindən üç nəfər müəyyən olunaraq saxlanılıb.
DİN-in mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, araşdırmalarla bu qanunsuz əməllərin rayon sakinləri Bahadır Mehrəliyev, Səməndər Məmmədrəhimov və Vahid Abdullayev tərəfindən törədildiyi məlum olub.
Onlar biçilmiş əkin sahələrini yandırdığına görə alov nəzarətdən çıxaraq daha geniş ərazilərə yayılıb.
Saxlanılan şəxslərdən B.Mehrəliyev barəsində həbs, digər iki şəxs isə inzibati qaydada cərimələnib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
20:14 / 04.08.2025
Qubadakı yanğını onlar törədib - ADLAR
Hazırda oxunan: Qubadakı yanğını onlar törədib - ADLAR
Hazırda oxunan: Qubadakı yanğını onlar törədib - ADLAR
263372
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.