Britaniyada güclü qasırğa: Nəqliyyatın hərəkəti iflic oldu

Britaniyada güclü qasırğa: Nəqliyyatın hərəkəti iflic oldu

Hazırda oxunan: Britaniyada güclü qasırğa: Nəqliyyatın hərəkəti iflic oldu

263357

Böyük Britaniyanın şimal bölgələrində müşahidə olunan “Floris” qasırğası nəqliyyatın hərəkətini çətinləşdirib.

Bizim.Media BBC-yə istinadən xəbər verir ki, Şotlandiya, Şimali İrlandiya, Uels və İngiltərənin şimal hissələrində güclü külək əsir, intensiv yağış yağır.
 

Böyük Britaniyanın Meteoroloji xidməti Şotlandiyanın böyük bir hissəsi üçün narıncı, İngiltərənin şimalı, Uels, Şimali İrlandiya və Şotlandiyanın digər bölgələri üçün isə sarı xəbərdarlıq elan edib.


Ölkənin şimalında dəmir yolu və hava nəqliyyatı ilə hərəkət ciddi şəkildə pozulub.

Şərq sahil magistral xətti üzrə Nyukasldan şimala olan bütün qatar reysləri ləğv edilib.

“Avanti Vest Kost” şirkəti tərəfindən vətəndaşlara Preston şəhərindən şimala səyahət etməmək tövsiyə olunub.
 

Qlasqodan Şotlandiyanın adalarına planlaşdırılan bəzi aviareyslər də hava şəraiti səbəbindən ləğv olunub. Avtomobil yollarında da ciddi məhdudiyyətlər tətbiq edilib.


Şotlandiyanın əsas körpülərinin əksəriyyəti bəzi nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO