Azərbaycana bu ölkədən ətlər gətirilir - Əhaliyə 13.50 AZN-dən satılır

Azərbaycana bu ölkədən ətlər gətirilir - Əhaliyə 13.50 AZN-dən satılır

Hazırda oxunan: Azərbaycana bu ölkədən ətlər gətirilir - Əhaliyə 13.50 AZN-dən satılır

263304

Sosial şəbəkələrdə – xüsusilə "TikTok" platformasında yayılan bir video izləyicilərin böyük marağına səbəb olub.

Bizim.Media “Baku.ws”ə istinadən xəbər verir ki, kadrlarda iri bloklar şəklində kəsilmiş mal əti nümayiş etdirilir və ətin kiloqramı cəmi 13 manat 50 qəpikə təklif olunur.
 

Məlumata görə, bu ətlər Ukraynadan gətirilir və yerli bazarda satılmaq üçün nəzərdə tutulub. Ətin zahirən təmiz və keyfiyyətli görünməsi diqqət çəkir, lakin qiymətin bazar dəyərindən xeyli aşağı olması sosial şəbəkə istifadəçiləri arasında müzakirələrə yol açıb.


Qeyd edək ki, hazırda ölkəmizdə:

Yerli quzu ətinin qiyməti: 20–22 manat,

Sümüklü mal əti: 15.50–16 manat,

Sümüksüz mal əti isə 17–18 manatdan başlayır.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO