Deputatlığa keçmiş namizəd narkotik ittihamı ilə tutuldu

Deputatlığa keçmiş namizəd narkotik ittihamı ilə tutuldu

Hazırda oxunan: Deputatlığa keçmiş namizəd narkotik ittihamı ilə tutuldu

263274

Klassik Xalq Cəbhəsi Partiyasının Qazax Seçki Dairəsi üzrə deputatlığa namizədi olmuş şəxs həbs edilib.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, rayonun Cəfərli kənd sakini Şöhrət Əsəd oğlu Məmmədzadə yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib-becərməkdə ittiham edilir.
 

Məlumata görə, ona məxsus həyətyanı sahədə aqrotexniki qaydada qulluq edilən çətənə kolları aşkarlanıb. Onun əməllləri ilə bağlı başlanan cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilib.


Araşdırmalar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO