Qubada zibil poliqonunda YANĞIN - VİDEO

Qubada zibil poliqonunda YANĞIN - VİDEO

Hazırda oxunan: Qubada zibil poliqonunda YANĞIN - VİDEO

263258

Ötən gün baş verən güclü külək Quba rayonunda da ciddi problem yaşadıb. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Quba şəhərinin Dəvədabanı yaşayış massivində yerləşən rayonun zibil poliqonu qəfildən alışıb. 

Nəticədə, ətrafdakı evlər və ərazi qatı tüstüyə bürünüb. Yanğın yerində FHN-nin Quba Dövlət Yanğından Mühafizə Hissəsinin bir neçə avtomobili və canlı qüvvəsi gəlib. 

Hazırda poliqonda tüstülənmə davam edir.
 

Bundan əlavə, Qubada bir neçə massivdə lokal xarakterli yanğın qeydə alınıb. İsti külək və qaynar hava yanğının genişlənməsinə şərait yaradıb.


Quba rayon İcra Hakimiyyətindən yanğının miqdarının və zərərinin araşdırıldığı bildirilib. 


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO