Dava edənləri sakitləşdirmək istədi, öldürüldü

Dava edənləri sakitləşdirmək istədi, öldürüldü

Hazırda oxunan: Dava edənləri sakitləşdirmək istədi, öldürüldü

263239

Avqustun 3-ü saat 23 radələrində Yevlax şəhərində bir qrup şəxs arasında baş verən mübahisə ölümlə nəticələnib.

Bizim.Media xəbər verir ki, şəhər sakinləri - 2005-ci il təvəllüdlü Əli Mahmudov və 2006-cı il təvəllüdlü Həsən Məmmədov arasında yaranmış münaqişəni sakitləşdirmək istəyən Ə.Mahmudovun əmisi 1988-ci il təvəllüdlü Zahid Mahmudov naməlum şəxs tərəfindən kürək nahiyəsindən bıçaq xəsarəti alıb.

Yaralı xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.
 

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətdikdən sonra qaçan şübhəli 2009-cu il təvəllüdlü R. A. saxlanılaraq istintaqa təhvil verilib.


Faktla bağlı araşdırma davam etdirilir. (qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO