Rusiyada üç yaşayış məntəqəsi su altında qaldı - FOTO / VİDEO

Rusiyada üç yaşayış məntəqəsi su altında qaldı - FOTO / VİDEO

Hazırda oxunan: Rusiyada üç yaşayış məntəqəsi su altında qaldı - FOTO / VİDEO

263178

"Rusiyanın Krasnodar diyarının Tuapse rayonunda bələdiyyə xarakterli fövqəladə vəziyyət elan edilib".

Bizim.Media xəbər verir ki, bunu diyarın qubernatoru Veniamin Kondratyev "Telegram" kanalında bildirib.

Bildirilir ki, bələdiyyə ərazisində yağan güclü yağış nəticəsində Novomixaylovsk qəsəbəsini, Moldavanovka və Defanovka kəndlərini su basıb.
 

Lermontovo kəndində əlverişsiz hava şəraiti səbəbindən körpü uçub. Defanovka kəndi ərazisində içərisində 25 nəfərin olduğu avtobus çaya düşüb, hamı xilas edilib.


Sinoptiklərin məlumatına görə, avqustun 4-də leysan, şimşək çaxacağı, dolu düşəcəyi, güclü küləyin əsəcəyi gözlənilir.

Qasırğa avqustun 3-də Krasnodar diyarını əhatə edib, bölgədə fırtına xəbərdarlığı elan edilib.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO