Xaçmazda yanğın: Nabran-Xudat yolunda avtomobillərin hərəkəti çətinləşdi

Xaçmazda yanğın: Nabran-Xudat yolunda avtomobillərin hərəkəti çətinləşdi

Hazırda oxunan: Xaçmazda yanğın: Nabran-Xudat yolunda avtomobillərin hərəkəti çətinləşdi

263176

Xaçmazda dənizsahili ərazidə kolluq və qamışlıq sahədə yanğın hadisəsi qeydə alınıb.

Bizim.Media xəbər verir ki, rayonun İstisu qəsəbəsi ərazisində başlayan yanğın güclü külək səbəbindən qısa zamanda geniş əraziyə yayılıb.

Yanğın nəticəsində yaranan qatı tüstü Nabran-Xudat yolunda bir kilometrə yaxın məsafədə avtomobillərin hərəkətini çətinləşdirib.
 

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Yanğının ərazidəki istirahət mərkəzlərinə və çimərlik ərazilərə keçməsinin qarşısı alınıb.


Yanğının tam söndürülməsi istiqamətində iş aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO