“Neftçi”nin lüksemburqlu hücumçu Alessio Kurcinin transferi üçün ödədiyi məbləğ məlum olub.
Bizim.Media “Transfermarkt”a istinadən xəbər verir ki, “ağ-qaralar” 23 yaşlı hücumçunun keçidi üçün Belçikanın “Franks Borayns” klubuna 200 min avro (təxminən 380 min manat) ödəyib.
Qeyd edək ki, Lüksemburq millisinin 23 yaşlı hücumçusu ilə 3 illik müqavilə bağlanıb. O, milli komandasının heyətində 15 oyun keçirib, 1 qol vurub.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
02:34 / 03.08.2025
“Neftçi” yeni transferi üçün nə qədər pul ödəyib?
Hazırda oxunan: “Neftçi” yeni transferi üçün nə qədər pul ödəyib?
Hazırda oxunan: “Neftçi” yeni transferi üçün nə qədər pul ödəyib?
263078
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.