Azərbaycan diasporunun Uraldakı rəhbəri Şahin Şıxlinski Moskvada hüquq-mühafizə orqanlarına könüllü şəkildə təslim olub.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın xüsusi xidmət orqanlarına yaxın olan “VÇK-OGPU” Telegram kanalı məlumat yayıb.
Moskvada saxlanılan Şıxlinski istintaq prosesində iştirak etmək üçün Yekaterinburqa aparılıb.
Qeyd edək ki, Rusiyanın 66.ru saytının mənbəsi iddia edir ki, Şıxlinski barəsində iki cinayət işi açılıb: qətl və hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə maddələri üzrə.
Xatırladaq ki, “Azərbaycan-Ural" milli-mədəni ictimai təşkilatının sədri Şahin Şıxlinski iyulun 1-də Yekaterinburqda saxlanılıb. Bu zaman Şahin Şıxlinskiyə Rusiyanın hüquq-mühafizə orqanının əməkdaşları tərəfindən zor tətbiq olunub.
Ş. Şıxlinskiyə hücum olunan zaman oğlu Mutvalı Şıxlinski də avtomobildə olub. O da zorla avtomobildən düşürülüb. Bir neçə gün sonra isə Mutvalı guya “hakimiyyət nümayəndəsinə qarşı zor tətbiqetmə" ittihamı ilə 2 ay müddətinə həbs olunub.
Bizim.Media

- A-
- A
- A+
Dünya
23:26 / 02.08.2025
Rusiya KİV-dən İDDİA: Şahin Şıxlinski hüquq-mühafizə orqanlarına könüllü təslim olub
Hazırda oxunan: Rusiya KİV-dən İDDİA: Şahin Şıxlinski hüquq-mühafizə orqanlarına könüllü təslim olub
Hazırda oxunan: Rusiya KİV-dən İDDİA: Şahin Şıxlinski hüquq-mühafizə orqanlarına könüllü təslim olub
263075
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.