Məşhur “Lampare” restoranında müştəriləri narazı salan vəziyyət yaranıb.
Bizim.Media Musavat.com-a istinadən xəbər verir ki, Salyan şossesi, Şıxov çimərliyi ərazisində yerləşən lüks restorana gələn müştərilər parkinq üçün böyük məbləğ ödəməlidir.
Maraqlıdır ki, parkinq ödənişi müştərilərə restorandan təqdim edilən ümumi ödəniş qəbzlərinə əlavə edilir. Bu isə müştərilərin narazılığına səbəb olub.
Həmin müştərilərdən biri restorana ödənilən hesabı paylaşaraq buna etirazını bildirib. Belə ki, restorana gələn müştərilər 500 manatdan çox hesab ödəyiblər. 10 faiz (54 manat) də əlavə olaraq servis haqqı ödəyən müştərilərdən 4 maşına görə 40 manat da parkinq ödənişi alınıb.
Bu məsələ sosial şəbəkədə də birmənalı qarşılanmayıb. Restorana gələn, obyektə kifayət qədər xeyir verən, 2 porsiya pendirə 70 manat, çörəyə isə 15 manat ödəniş edən 40 manat parkinqə niyə ödəməlidir?
Əlbəttə iradlar haqlıdır. Servis xidmətinə 54 manat alındığını da nəzərə alsaq, müştəridən 40 manat parkinq pulu almaq isə sözün əsl mənasında biabırçılıqdır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
21:00 / 02.08.2025
Məşhur restoranda parkinq biabırçılığı: Müştəridən 40 manat ödəniş alınıb - FOTO
Hazırda oxunan: Məşhur restoranda parkinq biabırçılığı: Müştəridən 40 manat ödəniş alınıb - FOTO
Hazırda oxunan: Məşhur restoranda parkinq biabırçılığı: Müştəridən 40 manat ödəniş alınıb - FOTO
263059
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.