31 il sonra MÖCÜZƏ – Dünyanın “ən yaşlı körpəsi” doğuldu

31 il sonra MÖCÜZƏ – Dünyanın “ən yaşlı körpəsi” doğuldu

Hazırda oxunan: 31 il sonra MÖCÜZƏ – Dünyanın “ən yaşlı körpəsi” doğuldu

263016

ABŞ-də qeyri-adi tibbi hadisə baş verib. Lindsey və Tim Pierce cütlüyü 1994-cü ildə dondurulmuş embrion vasitəsilə övlad sahibi olub.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, 26 iyul 2025-ci ildə dünyaya gələn körpə-Thaddeus Daniel Pierce, 31 ildən sonra həyata qovuşaraq dünyanın “ən yaşlı körpəsi” kimi tarixə düşüb.
 

Danielin embrionu ilk olaraq Linda Archerd və onun həyat yoldaşı tüçün yaradılıb. Linda sonradan yalnız bir embriondan istifadə edərək övlad sahibi olmuş, qalan üç embrion isə uzun illər dondurucuda saxlanılmışdı.


Archerd, illər sonra həmin embrionları Snowflakes adlı donor proqramı vasitəsilə Pierce ailəsinə bağışlayıb.

Cütlüyün seçimi nəticəsində embrion uğurla ana bətninə köçürülüb və sağlam körpə dünyaya gəlib.

Lindsey Pierce isə mətbuata açıqlamasınd, “Biz rekord qırmaq üçün bunu etmədik. Sadəcə bir uşağımızın olmasını istəyirdik” – deyə bildirib.
 

Mütəxəssislər bildirirlər ki, ABŞ-da milyonlarla dondurulmuş embrion saxlanılır. Bəzi ölkələrdə bu embrionların qorunma müddəti məhdudlaşdırılsa da, ABŞ-da müddətsiz olaraq saxlanılmasına icazə verilir.


Qeyd edək ki, Danielin embrionu ilə eyni vaxtda yaradılan və ana bətninə köçürülərrək doğulan körpənin indi 30 yaşı var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO