Avstraliyada yeni həşərat növü KƏŞF edildi – Çəkisi DİQQƏT çəkib

Avstraliyada yeni həşərat növü KƏŞF edildi – Çəkisi DİQQƏT çəkib

Hazırda oxunan: Avstraliyada yeni həşərat növü KƏŞF edildi – Çəkisi DİQQƏT çəkib

262966

Avstraliyanın Kvinslend əyalətində uzunluğu 40 santimetr, çəkisi isə 44 qram olan yeni çubuqlu həşərat növü aşkarlanıb.

Bizim.Media xəbər verir ki, bu qeyri-adi böcək növünə "Acrophylla alta" adı verilib.
 

Yeni növü kəşf edən tədqiqatçılardan biri Angus Emmott, bu araşdırmaya sosial mediada yayılan bir fotoşəkil əsasında başladığını bildirib.


Emmott qeyd edib ki, tapılan həşəratın yumurtaları digər növlərdən fərqləndiyi üçün onun yeni bir növ olduğunu müəyyənləşdirmək mümkün olub.

Ən mühüm xüsusiyyət isə bu həşəratın çəkisi olub.
 

Emmott bu çəyirtkəyəbənzər çubuqlu həşəratın ən diqqətçəkən xüsusiyyətinin onun ağırlığı olduğunu vurğulayıb. Onun sözlərinə görə, Acrophylla alta indiyədək Avstraliyada tapılan ən ağır böcək növü ola bilər.


Niyə indiyədək kəşf edilməyib?

Alimlər hesab edirlər ki, bu növün bu vaxta qədər aşkar olunmamasının əsas səbəbi onun yaşadığı mühitin əlçatmaz və müşahidəsi çətin olan ərazilərdə yerləşməsidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO