Nikosayağı qəzaya düşdüyü maşının nömrəsini SATDI

Nikosayağı qəzaya düşdüyü maşının nömrəsini SATDI

Hazırda oxunan: Nikosayağı qəzaya düşdüyü maşının nömrəsini SATDI

262296

“Nikosayağı” ləqəbi ilə tanınan bloger Nicat Şakirli qəzaya düşdüyü “Porşe” markalı avtomobilinin nömrəsini satıb.

Bizim.Media “Unikal.az”a istinadla xəbər verir ki, 10 GR 005 dövlət qeydiyyat nişanlı nömrə 8 min manata alınıb.

Qeyd edək ki, qəzadan sonra "Porşe" markalı maşın təmir edilməyib. Maşının ehtiyat hissələri çıxarılaraq ayrı-ayrılıqda satılıb.

Xatırladaq ki, 2023-cü ilin avqustunda N.Şakirli idarə etdiyi “Porşe” markalı avtomobillə yük maşınına çırpılıb. Qəza nəticəsində blogerin avtomobildə olan dostu Ruslan Məmmədov vəfat edib. N.Şakirli isə ağır xəsarət alıb, onun sağ qolu dirsəkdən amputasiya olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nikosayağıya 5 il azadlıqdan məhrumetmə cəzası təyin edilib. Lakin məhkəmə təyin olunmuş cəzanın məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsini uyğun hesab edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO