İran belçikalı deputatı oğurlamaq istəyib? – Özündən açıqlama

İran belçikalı deputatı oğurlamaq istəyib? – Özündən açıqlama

Hazırda oxunan: İran belçikalı deputatı oğurlamaq istəyib? – Özündən açıqlama

262275

Belçika parlamentinin üzvü, İran-Amerika mənşəli Darya Safayi İran tərəfindən oğurlanmağa cəhd göstərildiyini bildirib.

Bizim.Media xəbər verir ki, bu insident Safayinin təşəbbüsü ilə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Avropa İttifaqının terror təşkilatları siyahısına salınması barədə qətnamənin Belçika parlamenti tərəfindən qəbul edilməsindən sonra baş verib.

“İndi İran İslam Respublikası Avropa ölkəsinin parlament üzvünü oğurlamağa, işgəncə verməyə və edam etməyə, yaxud onu öz “girov diplomatiyasında” dəyiş-düyüş predmeti kimi istifadə etməyə çalışır”, – deyə Safayi bəyan edib.

Belçika polisi və ölkənin təhlükəsizlik xidmətləri deputata İranın onu Türkiyə üzərindən Tehrana qaçırmaq planı barədə məlumat veriblər və Safayiyə bu ölkələrə (xüsusilə Türkiyə və region ölkələrinə) səfərlərdən çəkinməyi tövsiyə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO