Azərbaycanlı Balidə oğurluğa görə HƏBS OLUNDU

Azərbaycanlı Balidə oğurluğa görə HƏBS OLUNDU

Hazırda oxunan: Azərbaycanlı Balidə oğurluğa görə HƏBS OLUNDU

262143

İndoneziyanın Bali şəhərində valyutadəyişmə məntəqəsindən pul oğurlamaqda şübhəli bilinən 35 yaşlı azərbaycanlı kişi həbs edilib.

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, o, pulu oğurlamaqla yanaşı, məntəqənin əməkdaşına da hücum edib.

“Günahkarın oğurladığı pulun ümumi məbləği 191.150.000 rupi (təxminən 19 min AZN) idi.
 

Cinayətkar əvvəlcə əməkdaşa hücum edib, ona güc tətbiq edərək masanın üstündəki pulu götürüb qaçıb”, - şəhər polisinin sözçüsü bildirib.

 

Qeyd edilir ki, azərbaycanlı hücumu Coni adlı dostu ilə birlikdə həyata keçirib, lakin Coni hadisə zamanı qaçmağı bacarıb.

Polis hələlik onun milliyyətini açıqlamayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO