ABŞ və Çin arasında Ukraynaya görə BMT-də QARŞIDURMA YAŞANDI

ABŞ və Çin arasında Ukraynaya görə BMT-də QARŞIDURMA YAŞANDI

Hazırda oxunan: ABŞ və Çin arasında Ukraynaya görə BMT-də QARŞIDURMA YAŞANDI

261786

BMT Təhlükəsizlik Şurasının iclasında ABŞ nümayəndəsi Doroti Şi Çini Rusiyanın hərbi sənayesinə dəstəyi dayandırmağa çağırıb.

Bizim.Media xəbər verir ki, o, Çində istehsal olunan və Ukraynaya qarşı hücumlarda istifadə olunan dron və raketlərdəki komponentlərin tədarükünə diqqət çəkib.

Diplomat Pekini ixrac nəzarətini pozmaqda və təcavüzə dolayı yolla dəstək verməkdə ittiham edib.
 

Buna cavab olaraq, Çinin BMT-dəki daimi nümayəndəsinin müavini Gən Şuan bildirib ki, onun ölkəsi Ukraynadakı münaqişəyə qoşulmayıb və münaqişə tərəfi deyil, heç vaxt ölümcül silah tədarük etməyib və həmişə iki məqsədli (hərbi və mülki) materiallara, o cümlədən pilotsuz uçuş aparatlarının ixracına ciddi nəzarət edib.


Pekin adından diplomat ABŞ-ni Ukraynadakı vəziyyətə görə başqalarını günahlandırmağı və ya “qarşıdurma yaratmağı” dayandırmağa çağırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO