İyulun 27-də Castin Timberleykin konsertinə ödənişsiz avtobuslar təşkil olunacaq.
Bizim.Media xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) yayıb.
Məlumata görə, daşımalar ümumilikdə 80 avtobusla təşkil olunacaq:
"Konsert iştirakçılarına səfərlərini şəxsi minik avtomobilləri ilə deyil, avtobusla həyata keçirmələri tövsiyə olunur".
Vurğulanır ki, saat 16:00-20:00 aralığında aşağıdakı metrostansiyalardan Bakı Olimpiya Stadionu istiqamətində avtobuslar fəaliyyət göstərəcək:
"Koroğlu" m/st (Nəqliyyat Mübadilə Mərkəzi)
"Qara Qarayev" m/st
"28 May " m/st
"20 Yanvar" m/st
Bakı Olimpiya Stadionundan əks istiqamətdə isə avtobuslar saat 23:00-dan etibarən yola düşəcək.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:37 / 26.07.2025
Sabah bu istiqamətdə avtobuslar PULSUZ OLACAQ
Hazırda oxunan: Sabah bu istiqamətdə avtobuslar PULSUZ OLACAQ
Hazırda oxunan: Sabah bu istiqamətdə avtobuslar PULSUZ OLACAQ
261778
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.