Ağdaşda toya hazırlaşan gəncin faciəsi: “Cehiz davası, yoxsa ?...”

Ağdaşda toya hazırlaşan gəncin faciəsi: “Cehiz davası, yoxsa ?...”

Hazırda oxunan: Ağdaşda toya hazırlaşan gəncin faciəsi: “Cehiz davası, yoxsa ?...”

261750

Ağdaşın Ləki qəsəbəsində cehiz məsələsinə görə həyatına son verdiyi deyilən gəncin ailəsi danışıb.

Bizim.Media APA TV-yə istinadən xəbər verir ki, bir neçə gün öncə mərhum 23 yaşlı Qiyas İsmayılzadənin toyu olacaqmış.

İddialara görə, onun anası qız evindən göndərilən cehizə narazılıq edib, nəticədə qızın atası toydan imtina edib. Bundan xəbər tutan Q. İsmayılzadə isə canına qəsd edib.

Ailə yayılan iddialarla bağlı açıqlama verib. Mərhumun bibisi Dursun İsmayılova bildirib ki, bunlar yalan məlumatlardır:

“Deyirlər ki, Qiyasın anası günahkardır, amma bu, düzgün deyil. Onun anası indiyə kimi gəlin nə demişdisə, hər şeyi almışdı”.

İttihamlarda adı hallanan mərhumun anası Pakizə İsmayılova isə iddia edib ki, oğlunu sıxıblar:

“Balam üçün hər şey edirdik, atası istənilən hər şeyi almışdı. Bu cür ev, bu cür şərait, atası onun toyu üçün çox əziyyət çəkirdi”.

Qiyasın nənəsi isə qız tərəfi razı sala bilmədiyini deyib:

“Getdim ki, onları yola gətirim, razı salım. Qızın atası dedi ki, “olmaz, eşitdim ki, siz yaxşı adamlar deyilsiniz”.

Daha ətraflı videomaterialda:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO