“Muxtar respublikada son iki il ərzində qeyri-filiz və inşaat materialları yataqlarına axtarış, təftiş və qiymətləndirməsi, yeraltı suların monitorinqi, qara, əlvan və nəcib metalların axtarışı, yenidən qiymətləndirilməsi üzrə çöl və kameral işlər görülüb, 55 yataqda təftiş və yenidən qiymətləndirmə işləri aparılıb, 6 yeni yataq kəşf edilib”.
Bizim.Media xəbər verir ki, bu sözləri Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Naxçıvan şəhərində keçirilən Beynəlxalq Geologiya-Mədənçilik Forumunda deyib.
Səlahiyyətli nümayəndə qeyd edib ki, çöl materialları əsasında 298 mineral su bulağının təftişi aparılıb, 14 mineral bulaq investisiya üçün təklif olunub:
“Bu istiqamətdə işlər davam etdirilir”.
Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
12:45 / 25.07.2025
Son 2 il ərzində Naxçıvanda 6 yeni yataq kəşf edilib - RƏSMİ
Hazırda oxunan: Son 2 il ərzində Naxçıvanda 6 yeni yataq kəşf edilib - RƏSMİ
Hazırda oxunan: Son 2 il ərzində Naxçıvanda 6 yeni yataq kəşf edilib - RƏSMİ
261598
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.