Ukraynalılar Azərbaycan bayrağı qarşısında diz çökdülər - VİDEO

Ukraynalılar Azərbaycan bayrağı qarşısında diz çökdülər - VİDEO

Hazırda oxunan: Ukraynalılar Azərbaycan bayrağı qarşısında diz çökdülər - VİDEO

261578

Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibədə daha bir azərbaycanlı döyüşçü şəhid olub.

Bizim.Media xəbər verir ki, onun son mənzilə yola salınması isə həm Ukrayna ictimaiyyətində, həm də sosial mediada dərin iz buraxıb.
 

Vida mərasimi Kiyevin düz mərkəzində – Maydan Nezalejnosti küçəsində keçirilib. Katafalk avtomobili şəhidin nəşini şəhərin mərkəzi prospektindən keçirərkən həm Azərbaycan, həm də Ukrayna bayraqları dalğalanıb. Avtomobil üzərində şəhidin şəkli, hərbi bölməsinin loqosu və təşəkkür mesajı yer alıb.


Ən təsirli an isə məhz bu vaxt yaşanıb: katafalk hərəkətdə olarkən yolboyu insanlar Azərbaycan bayrağı qarşısında diz çökərək şəhidə ehtiramlarını bildirib.

Şəhidlə vida zamanı avtomobildən Azərbaycan xalqına təşəkkür mesajları səsləndirilib. Həm səslə, həm görüntü ilə təqdim olunan bu vida mərasimi sosial mediada geniş paylaşılaraq qürur və hüzn dolu emosiyalar yaradıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO