IV ixtisas qrupu üzrə ən yüksək nəticəni Bakı məktəblisi TOPLADI

IV ixtisas qrupu üzrə ən yüksək nəticəni Bakı məktəblisi TOPLADI

Hazırda oxunan: IV ixtisas qrupu üzrə ən yüksək nəticəni Bakı məktəblisi TOPLADI

261553

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəbinin məzunu IV ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanında ən yüksək nəticə göstərib.

İdarədən Bizim.Media-ya verilən məlumata görə, 272 nömrəli tam orta məktəbin məzunu Nurməmmədli Sona Məhəmməd qızı IV ixtisas qrupu üzrə bütün suallara düzgün cavab verərək 400 bal toplayıb.

Qeyd edək ki, imtahanın I mərhələsində 300 bal toplayan istedadlı məzun hər iki mərhələnin cəminə görə maksimal olan 700 bal toplayıb.

Yüksək uğur qazanmış abituriyenti, onun müəllimlərini və valideynlərini ürəkdən təbrik edirik!

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO