“Colgate”in satışı qadağan edilir - Azərbaycana da keyfiyyətsiz məhsul GƏTİRİLİB?

“Colgate”in satışı qadağan edilir - Azərbaycana da keyfiyyətsiz məhsul GƏTİRİLİB?

Hazırda oxunan: “Colgate”in satışı qadağan edilir - Azərbaycana da keyfiyyətsiz məhsul GƏTİRİLİB?

261319

Son günlər mediada yayılan məlumatlara görə, Argentinada məşhur “Colgate” diş məcununun satışı qadağan edilib. Bununla yanaşı, dünyanın 19 ölkəsində də sözügedən məhsulla bağlı istehlakçı şikayətləri qeydə alınıb. Məsələnin Azərbaycana da təsir edib-etməyəcəyi ilə bağlı narahatlıq yaranıb.
 

MÖVZU İLƏ BAĞLI :

Bu diş pastalarında zəhərli maddə aşkarlandı - Azərbaycanda da satılır


Mövzuya münasibət bildirən istehlakçı hüquqları üzrə ekspert Eyyub Hüseynov “Colgate” məhsullarının dünyada geniş və aqressiv reklam olunduğunu vurğulayıb:

 

“Hətta Nyu-Yorkda dənizin içində “Colgate”in nəhəng reklamı var. Bildirilir ki, bu reklamın bir günlük qiyməti 10 min dollar civarındadır. Bəzən bir məhsul bu cür reklam kampaniyası ilə insanların beyninə yeridilir.


Sonradan saxta və keyfiyyətsiz variantlar bazara çıxdıqda belə, istehlakçının onu ayırd etməsi illər alır. Yəqin ki, “Colgate”lə bağlı da oxşar vəziyyət yaşanır”, - deyə o, bildirib.


Ekspert Argentinada məsələ ilə bağlı atılan addımı alqışlayaraq bildirib ki, məsələni daha dəqiq araşdırmaq üçün həmin ölkədəki müvafiq təşkilatla əlaqə yaradacaq:
 

“Əsas məsələ budur ki, keyfiyyətsiz məhsulun Azərbaycana da gətirilib-gətirilmədiyi müəyyənləşdirilməlidir. Hesab edirəm ki, “Colgate” məhsullarını ölkəyə idxal edən şirkət bu barədə tezliklə açıqlama yaymalı və məsələ ilə bağlı ictimaiyyəti məlumatlandırmalıdır”.


Hazırda Azərbaycanda aidiyyəti qurumların məsələ ilə bağlı hər hansı rəsmi açıqlaması yoxdur.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO