Dəniz sahilindəki evini 23 milyon dollara satır

Dəniz sahilindəki evini 23 milyon dollara satır

Hazırda oxunan: Dəniz sahilindəki evini 23 milyon dollara satır

261004

Məşhur Hollivud aktyoru Leonardo Dikaprio ABŞ-nin Kaliforniya ştatının Malibu bölgəsində yerləşən və dənizə birbaşa çıxışı olan dəbdəbəli evini satışa çıxarıb.

Bizim.Media xəbər verir ki, aktyor 2021-ci ilin iyulunda 13,75 milyon dollara aldığı evi indi 23 milyona satışa çıxarıb.
 

Evin satışı ilə bağlı yayımlanan məlumatda bildirilir ki, potensial alıcılar istəsələr, evi yerində görüb tanış ola bilərlər. Hətta Dikaprio evin icarəyə verilməsinin də mümkün olduğunu qeyd edib.

Sakit və prestijli bölgədə yerləşən 4 yataq otağı və 5 hamam otağından ibarət malikanənin aylıq kirayə dəyəri 65 min dollar olaraq göstərilir.

Evin yerləşdiyi ərazi Malibu sahilinin həm mərkəzində, həm də ən məxfi nöqtələrindən biri kimi təqdim olunur.

Elandakı maraqlı detala görə, evin pəncərələrindən Sakit okeanda üzən delfinləri izləmək mümkündür.

Qeyd edək ki, Leonardo Dikaprionun ümumi sərvətinin 300 milyon dollar olduğu bildirilir. O, 1998-ci ildə Malibu sahilindəki başqa bir evini 1,6 milyon dollara satmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO